ONBİR Daily Mail qəzetinə istinadən xəbər verir ki, Real Madrid`in baş məşqçisi Zinedine Zidane Liverpool`un hücumçusu Sadio Mane istəyində israrlıdır. 48 yaşlı mütəxəssis hələ keçən yaydan seneqallı futbolçunu transfer etməyi xahiş etməsinə baxmayaraq, “Los Blancos” rəhbərliyi, bu transferin hal-hazırda iqtisadi cəhətdən mümkün olmadığından, ona daha çox Vinicius Junior`un inkişafı üzərində çalışmağı önərir.
Bildirilir ki, pandemiya səbəbilə yaranmış böhran Real Madrid`in yay transfer pəncərəsində ümümumiyyətlə heç bir transfer etməməsi ilə nəticələnə bilər. Mane transferinə gəldikdə isə, oyunçunun Liverpool`un baş məşqçisi Jurgen Klopp`la yaxşı münasibətləri var və onun maaşı kifayət qədər yüksəkdir (həftədə 150 min funt ətrafında). Məlum məsələdir ki, Mane`ni cəlb etmək üçün madridlilər daha çox maaş təklif etməlidirlər, hansı ki, hal-hazırda klubda digər oyunçuların maaşları azaldılan vaxtı real görsənmir.
Qeyd edək ki, ümumiyyətlə, Real Madrid qənaət rejiminə hələ pandemiya başlamamışdan öncə keçid almışdı. Səbəb kluba 800 milyon avroya başa gələcək Santiago Bernabeu stadionunda gedən tikinti işləridir.