Arsenal`ın gənc oyunçusu Bukayo Saka daha 4 il Londonda qalacaq. ONBİR Goal.com`a istinadən məlumat verir ki, gənc oyunçu klubu ilə yeni müqavilə imzaladı.
Son dövrlər “Topçular”ın akademiyasından çıxan ən istedadlı oyunçulardan biri hesab olunan Saka`nın müqaviləsi gələn mövsümün sonunda bitirdi. Ona görə də Avropanın digər klubları Arsenal ilə Saka arasında gedən danışıq prosesini yaxından izləyirdi. Son nəticədə ingilis futbolçu qalmaq qərarına gəldi və yeni müqaviləni imzaladı.
Əsl mövqeyi sol cinah hücumçusu olan Bukayo Saka yarımmüdafiənin və müdafiənin sol bölgəsində də oynaya bilir. Bu mövsüm Premier-League`də 21 oyun forma geyən 18 yaşlı ingilis oyunçu 4 məhsuldar ötürmə ilə yadda qalıb.