Manchester City`nin Leroy Sane`nin Bayern München`ə transferindən sonra yaranacaq boşluğu Jadon Sancho ilə doldurmaq istədiyi haqda iddialar yayılıb.
Pep Guardiola həmin iddialara cavab verib. ONBİR ispan baş məşqçinin Liverpool matçından öncə təşkil edilən mətbuat konfransında dediyi sözləri təqdim edir:
“Sancho 3 il əvvəl bizdən ayrıldı. İndi niyə qayıtsın ki? Bunu danışmağın mənası yoxdur. Sancho ayrılmağı özü istədi və mən də onun geri dönmək istədiyini düşünmürəm”.
“Vincent Kompany`nin boşluğunu doldura bilmədik. David Silva ayrılır, Agüero isə müqaviləsinin son ilinə girir və yeni saziş imzalayıb-imzalamayacağını bilmirik. Bəzi oyunçuların yerinə transferlər etmək istəyirik. Bu vəziyyət futbolun bir parçasıdır”.