Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı və Gürcüstan rəsmiləri Tbilisinin Assosiasiya Sazişinin icrasındakı tərəqqisindən razı qaldıqlarını və əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını bəyan ediblər.
Aİ xarici siyasət idarəsinin başçısı Federica Mogherini fevralın 5-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə birlikdə keçirdiyi brifinqdə deyib ki, Gürcüstan Avropa İttifaqının dəyərli və etibarlı partnyorudur.
Mogherini Avropa İttifaqı Assosiasiya Şurası və Gürcüstan nümayəndə hetyəti arasında keçirilən 4-cü sessiyaya sədrlik edirdi.
Gürcüstanın baş naziri Kvirikaşvili deyib ki, onun ölkəsi Aİ ilə sekstorlar üzrə inteqrasiyasını dərinləşdirməyə başlayıb.
Mogherini bildirib ki, Assosiasiya Şurası Gürcüstanda konstitusiya islahatlarını və yerli bələdiyyə seçkisinin nəticələrini müzakirə edirdi. Mogherni deyib ki, bu seçkilərdə rəqabət və fundamental azadlıqlar təmin edilib.
O bildirib ki, Gürcüstan tərəfi azad və müstəqil medianın inkişafının mühümlüyü barədə tövsiyələri qəbul edib.
Mogherini bunu da əlavə edib ki, sazişin Dərin və Hərtərəfli Azad Ticarət Sahəsi kimi tanınan hissəsi Gürcüstanın Aİ-yə inteqrasiyasında önəmli rol oynayır.
Aİ xarici işlər komissarı deyib ki, Gürcüstanın Avropaya ixrac etdiyi məhsullar avropalıların xoşuna gəlir və bu ixracat 2017-ci ilin ilk doqquz ayında 37 faiz artıb.